Fransa, Strasburq, 24 yanvar / Trend , müxbir A.Məhərrəmli/ Azərbaycan Konstitusiya Məhkəməsi sədrinin Fransaya səfəri başlayıb.
KM-nin hakimi Fərhad Abdullayev və məhkəmənin beynəlxalq əlaqələr idarəsinin rəisi Rauf Quliyevin cümə axşamı Strasburqa başlayan səfəri yanvarın 26-dək davam edəcək.
Səfər çərçivəsində yanvarın 25-də Abdullayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Jan Pol Kosta ilə görüşəcək.
Fransada hazırda AŞ PA-nın qış sessiyası keçirilir. AŞPA-nın qış sessiyası yanvarın 21-də başlayıb və yanvarın 25-də işini başa çatdıracaq