Azərbaycan, Bakı, 30 yanvar /müx. TrendLife Şahin Cavadsoy
Bəzi yerli tele-kanallarda baş alıb gedən hərci-mərclik deyəsən bircə dövlət televiziyasından yan keçir. Bunu AzTV-də illərdən bəri "Kino Klub" verilişini aparan Xalq artisti - aktyor Telman Adıgözəlov, kimsədən ehtiyatlanmadan TrendLife-a söylədi: "Təvazökarlıqdan uzaq səslənsə də, deməliyəm ki, bizim "Kino Klub"da hər şey çox yüksək səviyyədə təşkil olunur. Bu sözləri işlətməklə digər tele-kanallarda yayımlanan əyləncəli verilişlərin bostanını daşlamaq niyyətim yoxdur. Bu, bir həqiqətdir ki, "Kino Klub"da iştirak etmək bütün sənətçilərə pulsuz nəsib olur. Amma qeyd edim ki, "Kino Klub"un çəkilişlərinə hər incəsənət xadimi də dəvət edilmir".