...

Rövşən Müstafayevin "Ölüm tanqosu" adlı kitabı Moskvada işıq üzü görüb

Cəmiyyət Materials 5 Fevral 2008 15:10 (UTC +04:00)
Rövşən Müstafayevin "Ölüm tanqosu" adlı kitabı Moskvada işıq üzü görüb

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir F.Rzayev / Azərbaycan Milli Elmlər Akademiyasının İnsan haqlar İnstitutunun rəhbəri və siyasi elmlər doktoru Rövşən Mustafayevin "Ölüm tanqosu" adlı kitabı Moskvada işıq üzü görüb. Kitabda uzun illər ərzində erməni alimləri tərəfindən yaradılan əsassız "erməniçilik" ideologiyasını ifşa edən faktlar əks olunub.

Kitabda Mustafayev erməni yazıçılarının əsərlərindən misallar gətirir. Bu əsərlərdə hesab edilir ki, Ermənistan dünya ilə geniş, çoxşaxəli münasibətlər şəbəkəsinə malikdir və onların sonucu "kobud hesablamalarına" görə, bu ölkənin on iki paytaxtı var. Ermənistanın yalançı yazıçısı hesab edir ki, Tbilisi, Diyarbəkir, Bakı, Odessa, Kiyev, Qüds, Soçi vaxtı ilə Ermənistanın paytaxtları olublar.

Mustafayev hesab edir ki, yalnız Osmanlı Tükiyəsinin yəhudiləri erməniçiliyin assimilyasiya təhlükəsindən qurtula biliblər. Onlar "armenoid mənşəli" və "erməni sivilizasiyasının genetik davamçısı" olduqlarından imtina etməyi bacarıblar.

Xəbər lenti

Xəbər lenti