...

Hollandıyada Xocalı soyqırımına həsr olunmuş abidənin açılışı olacaq

Cəmiyyət Materials 13 Fevral 2008 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir S.İlhamqızı/ Fevralın 24-də Hollandiyanın Haaqa şəhərində Xocalı faciəsinə həsr olunmuş abidənin açılışı olacaq. Bu barədə çərşənbə günü Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Kamperfoeliestraat" parkında qoyulan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin təşəbbüsü ilə belə bir abidənin qoyulmasında məqsəd Xocalı soyqırımını Hollandiya ictimaiyyətinin və bu ölkəyə gələn qonaqların diqqətinə çatdırmaqdır.

Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ucaldılan bu abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınacaq. Xocalı soyqırımı ilə bağlı Azərbaycandan kənarda ucaldılacaq ilk abidənin açılış mərasimində Dövlət Komitəsinin nümayəndələri, diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti