...

Dünya Bankı Azərbaycanın ali təhsilində islahatların aparılması üçün qrant ayırmağa hazırdır – nazir

Cəmiyyət Materials 23 Fevral 2008 19:16 (UTC +04:00)
Dünya Bankı Azərbaycanın ali təhsilində islahatların aparılması üçün qrant ayırmağa hazırdır – nazir

Azərbaycan, Bakı, 23 fevral / müxbir Trend C.Babayeva / Baloniya sisteminə keçidlə əlaqədar Azərbaycan parlamentində birinci oxunuşunda "Təhsil haqqında" qanununa ciddi əlavə və dəyişilər olunacaq. Bu barədə şənbə günü, Demokratik İslahatlar partiyasının təşkil etdiyi Azərbaycan təhsilinin avropa təhsil məkanına inteqrasiyası mövzusunda dəyirmi masa zamanı, təhsil naziri Misir Mərdənov deyib.

Prezident İlham Əliyev, Azərbaycanın Ali təhsil ocaqlarının avropa ali təhsil məkanına inteqrasiyası barədə bəzi tədbirlərin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Sərəncama əsasən təhsil nazirliyi və tabeçiliyində ali təhsil müəssisəsi olan digər orqanlar martın 30-na kimi "2008-2012-ci illərə Azərbaycan Respublikası ali təhsil sistemində islahatların keçirilməsi barədə dövlət proqramının" layihəsini hazırlamalıdırlar.

Nazirin sözlərinə görə, Dünya Bankı "2008-2012-ci illərə Azərbaycan Respublikası ali təhsil sistemində islahatların keçirilməsi barədə dövlət proqramının" layihəsini hazırlanması üçün hökümətə qrant ayırmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti