...

Xalq artisti Tükəzban İsmayılovanın vəziyyəti hələ də ağır olaraq qalır

Cəmiyyət Materials 18 Mart 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı 18 mart /müx.TrendLife T.Imaməliyeva/

Xalq artisti, "Şöhrət" ordenli Tükəzban İsmayılovanın vəziyyəti hələ də ağır olaraq qalır. Mərkəzi Klinik Xəstəxanada müğənniyə süni tənəffüs aparatı qoşulub. İlhamə xanımın xalası oğlu Nicatdan aldığımız məlumata görə, Tükəzban xanım hələ də reanimasiya şöbəsində yatır. 85 yaşlı Xalq artistinin vəziyyəti gün ərzində tez-tez dəyişir. Qeyd edək ki, Tükəzban İsmayılova martın 6-da Mərkəzi Klinik Xəstəxanada çanaq-bel sümüyündən əməliyyat olunub. Onu da öyrəndik ki, hələ Tükəzban xanımın ziyarətinə heç kim buraxılmır. Yalnız İlhamə xanıma icazə verilib ki, anasının yanında qalsın.

Xəbər lenti

Xəbər lenti