...

Azərbaycanda dövlət tərəfindən KİV-in mənimsənilməsinin qarşısını almaq lazımdır – ATƏT nümayəndəsi

Cəmiyyət Materials 7 Aprel 2008 13:00 (UTC +04:00)
Azərbaycanda dövlət tərəfindən KİV-in mənimsənilməsinin qarşısını almaq lazımdır – ATƏT nümayəndəsi

Azərbaycan, Bakı, 07 aprel / " , müxbir S.Ağayeva/ Azərbaycanda dövlət mətbuata sahib çıxmağa cəhd edir. Bu cəhdlərin qarşısı alınmalıdır. Bu barədə bazar ertəsi Azərbaycanın kütləvi-media nümayəndələri ilə görüş zamanı ATƏT-in mətbuat azadlığı üzrə xüsusi təmsilçisi Mikloş Haraşti bildirib.

O bildirib ki, diffomasiyaya görə, Azərbaycanın Cinayət Məcəlləsində cəza nəzərdə tutan maddələri ləğv etmək lazımdır. Onun rəyinə görə, jurnalistlər peşəkar səhvlərə görə cinayət məsuliyyətinə cəlb edilməməlidirlər. "Biz Azərbaycanda söz azadlığına dair vəziyyəti müşahidə edirik və jurnalistlərin hüquqlarının pozulma faktlarını qeydə alırıq. Hakimiyyət KİV ilə sıx əmkdaşlıqda bu kimi mənfi halları aradan qaldırmalıdır" - deyə Haraşti bildirib.

Görüşdə Azərbaycanın jurnalist birliklərinin rəhbərləri ATƏT nümayəndəsinə həbsdə olan jurnalistlərin azad olunması məsələsində hakimiyyətə təsir göstərmək xahişi ilə müraciət ediblər.

Azərbaycanda üç jurnalst - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Fətullayev martın 26-dan aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını tələb edir.

Aksiyaya dəstək məqsədi ilə jurnalistlər, siyasi partiyalar və ictimai təşkilatların nümayəndələri, deputatlar da aclıq aksiyası keçirirlər.

Xəbər lenti

Xəbər lenti