...

Azərbaycanın beş futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər – klub prezidenti

Cəmiyyət Materials 2 May 2008 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın müxtəlif klublarında çıxış edən 5 futbolçu karyerasını Türkiyədə davam etdirə bilər. Türkiyənin "Adanadəmirspor" klubunun vitse-prezidenti Şevki Kaya Bakıdadır. O, burda 4 futbolçunu bəyənib. Hazırda həmin futbolçuların valideynləri ilə danışıqlar aparılır. Yaxın günlərdə bu futbolçular Türkiyəyə yola düşəcək", "Bakı-türk futbol klubu"nun prezidenti, Türkiyə futbol yığmasının keçmiş baş məşqçisi Mustafa Dənizlinin şəxsi meneceri olan Yusuf Uncular cümə günü Trend a deyib.

"Adanadəmirspor" klubu Türkiyənin futbol üzrə birinci liqasında mübarizə aparır. Bu kluba transfer olunacaq futbolçular "Bakı-türk futbol klubu"nun yetirmələridir.

Uncuların dediyinə görə, o, bu 4 futbolçuyla yanaşı daha bir azərbaycanlı oyunçunu Türkiyəyə göndərməyə hazırlaşır. "Adanadəmirspor"a məsləhət gördüyümüz daha bir futbolçu İlqar Nəbiyevdir. Mən yaxın günlərdə İlqarın meneceri kimi fəaliyyətə başlayacam. Bundan sonra onun transfer məsələsini həll edəcəyik" - deyə klub prezidenti əlavə edib.

Nəbiyev əvvəllər Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının formasını geyib. O, həmçinin Türkiyə Superliqasının iştirakçısı olan "Kayserispor" klubunun ikinci komandasında da çıxış edib.

Hazırda Türkiyə çempionatında iki azərbaycanlı futbolçu çıxış edir. İlqar Qurbanov Superliqada çempionluğa iddialı "Sivasspor"un, Mikayıl Yusifov isə birinci liqada mübarizə aparan "Kartalspor"un heyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti