...

Azərbaycanın futbol klubu Makedoniyadan olan baş məşqçi ilə müqavilə bağlayacaq

Cəmiyyət Materials 8 May 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının iştirakçısı olan "Bakı" klubu makedoniyalı baş məşqçisi Qyoko Hacievski ilə müqavilənin müddətini uzadacaq. "Bu mövsümü "Bakı" üçün itirilmiş saymaq olar. Bunun bir neçə səbəbi var. Uğursuz çıxış etməyimizə baxmayraq, baş məşqçimizi istefaya göndərməyəcəyik", cümə axşamı Trend a "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov deyib.

Hacievski "Bakı" klubunun baş məşqçisi vəzifəsinə ötən ilin payızında dəvət olunub. O, Azərbaycan yığma komandasında da məşqçi kimi işləyib. Milli komanda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Hacievskinin rəhbərliyi altında Finlandiyaya 1:2, Belçikaya 0:1 hesabı ilə uduzub.

Baş menecer deyib ki, hazırda davam edən futbol mövsümü başa çatan kimi Hacievski ilə yeni müqavilə bağlanacaq. "Makedoniyalı məşqçinin "Bakı" klubu ilə 1 il üçün nəzərdə tutulan müqaviləsi var idi. Çempionat başa çatandan sonra onunla müqaviləni yeniləyəcəyik" - deyə Məmmədov əlavə edib.

"Bakı" klubu 30 xalla Premyer-Liqada 8-ci pillədə yer alır.

Məmmədov bildirib ki, "Bakı" klubu ilə arasında problem yaranmış makedoniyalı oyunçu Çvetan Çurinova görə UEFA-ya şikayət ediblər.

Çurinovun "Bakı" ilə 2 illik müqaviləsi olsa da, o, icazəsiz klubun düşərgəsini tərk edərək Makedoniyaya qayıdıb. Hazırda klub rəhbərliyi futbolçunun özü ilə əlaqə saxlaya bilmir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti