...

Azərbaycanın futbol derbisini avstriyalı hakimlər idarə edəcək

Cəmiyyət Materials 8 May 2008 15:17 (UTC +04:00)
Azərbaycanın futbol derbisini avstriyalı hakimlər idarə edəcək

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının "Neftçi" - "Xəzər-Lənkəran" oyununu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Bu barədə cümə axşamı Trend a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.

"Neftçi" ilə "Xəzər-Lənkəran" arasında mayın 11-də keçiriləcək oyunun baş hakimi Şteffan Messner, yan hakimlər Bernd Eigler və Andreas Filinger olacaq.

Azərbaycan çempionatının hazırkı mövsümündə 4 oyununu Almaniyadan olan hakimlər idarə ediblər. AFFA əcnəbi hakimləri yalnız Premyer-Liqanın və ölkə kubokunun ən prinsipial oyunlarına dəvət edir.

"Neftçi" ilə "Xəzər-Lənkəran" arasında keçirilən oyunlar Azərbaycan futbolunda ən prinsipial oyunlar sayılır. Bu komandalar arasında 2005-ci ildə keçirilən "qızıl oyun"u İsveçrədən olan hakimlər briqadası idarə etmişdi.

"Neftçi" hazırda 51 xalla Premyer-Liqada 2-ci, "Xəzər-Lənkəran" 47 xalla 4-cü pillədə yer alır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti