...

Azərbaycan futbolçusu İtaliyanın A seriyasının komandasında baxışdadır

Cəmiyyət Materials 19 May 2008 13:03 (UTC +04:00)
Azərbaycan futbolçusu İtaliyanın A seriyasının komandasında baxışdadır

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının flaqmanı "Neftçi" klubunun oyunçusu Araz Abdullayev bu gün İtaliyanın A seriyasında çıxış edən "Udineze" komandasında baxışa yollanıb. "İtaliya klubunun menecerləri Abdullayevi Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının heyətindəki oyununu izləyəndən sonra bəyəniblər. Futbolçumuz on gün müddətində "Udineze"də baxışdan keçəcək", bazar ertəsi Trend a "Neftçi" klubunun vitse-prezidenti Ramin Musayev deyib.

Abdullayev "Neftçi" klubunun ikinci komandası olan "Neftçi-2"nin yetirməsidir. 16 yaşlı futbolçu Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının da formasını geyir. O, cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir.

"Udineze" klubu bir neçə gün əvvəl başa çatan İtaliya çempionatında 57 xalla yeddinci pilləni tutub.

"Neftçi" klubu hazırda 52 xalla Premyer-Liqada 3-cü mövqedə yer alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti