...

Azərbaycanın futbol komandası ilk oyununu Belarusa qarşı keçirəcək

Cəmiyyət Materials 23 May 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası (U-17) Moldovada təşkil olunacaq beynəlxalq turnirdə ilk oyununu Belarus komandasına qarşı keçirəcək. Bu barədə Trend -a cümə günü Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib.

Azərbaycanlı futbolçular Belarusdan olan yaşıdları ilə iyunun 17-də görüşəcəklər. İyunun 18-də Azərbaycan yığması Moldova, 20-də Latviya komandası ilə oynayacaq. Turnirin final oyunu iyunun 21-də keçiriləcək.

Azərbaycanın 17 yaşlı futbolçularının Moldovada keçirilən beynəlxalq turnirdə iştirak etməsi bu ilin payızında startı veriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Avropa çempionatının seçmə mərhələsində azərbaycanlı futbolçuların rəqibləri Polşa, Çernoqoriya və Bolqarıstan yığmaları olacaq.

17 yaşlılardan ibarət yığmanın baş məşqçisi almaniyalı Bernard Lippertdir. O, Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığma komandasına da rəhbərlik edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti