Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın Futzal Federasiyasının (AFF) prezidenti Ağarza Rzayev tutduğu vəzifədən istefa verib. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Rzayevi AFF-nın prezidenti vəzifəsində fəaliyyətini başa çatdırmağa işlərinin çox olması məcbur edib. AFF-nın yeni prezidenti Zaur Axundov olacaq.
Axundov AFF-nın prezidenti seçilənə kimi "Araz" futzal klubuna rəhbərlik edib. Onun prezidenti olduğu komanda Azərbaycanın futzal üzrə sonuncu mövsümündə həm çempion olub, həm də ölkə kubokunu qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]