...

Azərbaycanın "Qarabağ" klubu makedoniyalı futbolçunu 350 min avroya transfer edib

Cəmiyyət Materials 20 İyun 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubu Makedoniya yığma komandasının keçmiş kapitanı olan Artim Şakirini 350 min avroya transfer edib. Bu barədə Trend -a futbolçuya yaxın mənbələr məlumat verib.

Şakiri "Qarabağ"la iki gün əvvəl bir illik müqavilə bağlayıb. Makedoniyalı futbolçu Azərbaycana gələn legionerlər arasında ən tanınmışlardandır. 35 yaşlı futbolçu Makedoniya yığmasının heyətində altı il əvvəl İngiltərəyə qarşı keçirdiyi oyunda künc zərbəsindən topu birbaşa qapıya göndərməsi ilə yadda qalıb. O, Makedoniya yığma komandasının heyətində rekord sayda - 73 oyun keçirib.

Hücumameylli yarımmüdafiəçi olan Şakirinin əsas üstünlüklərindən biri sol ayağı ilə yaxşı oynaya bilməsidir. "Qarabağ"ın yeni transferi İngiltərədə də futbol karyerası yaşayıb. O, vaxtilə Makedoniya millisinin heyətində Azərbaycan yığma komandasına qarşı matçda meydana çıxıb.

Transfer qiymətinin 350 min avro olması Şakirinin adını Azərbaycana gəlmiş ən bahalı legioner futbolçuların siyahısına salıb. Ondan əvvəl "Xəzər-Lənkəran" klubu Türkiyə yığma komandasının keçmiş üzvü Oktay Dərəlioğlunun keçidi üçün 500 min dollara yaxın transfer haqqı ödəmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti