...

Azərbaycan Mətbuat Şurasının sədri ölkə prezidentini jurnalistləri əfv etməyə çağırıb

Cəmiyyət Materials 20 İyun 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycan jurnalistlərinin bu gün öz işinə başlayan V qurultayında prezident İlham Əliyevdən həbsdə olan 3 jurnalistin əfv edilməsi xahiş olunub. "İlham Əliyevdən xahiş edirəm ki, həbsdə oln jurnalistlərin azadlığa çıxmasına yardımçı olsun. Bu addım Azərbaycanın imicinə müsbət təsir göstərər", bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultaydakı çıxışı zamanı bildirib.

Trend -un arayışı: Azərbaycanda üç jurnalist - "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı Mirzə Sakit həbsdədir.

Amaşov öz hesabat məruzəsində ötən 5 il ərzində görülən işlərə toxunub. O, ötən dövrdə əsasən təşkilatlanma işlərinə diqqət ayrıldığını bildirib. Onun fikrincə, bu səbəbdən də bir sıra işləri həyta keçirmək mümkün olmayıb. Amaşov çıxışında jurnalistlərin problemlərinə də toxunub. O vurğulayıb ki, artıq Azərbaycan jurnalistlərinin sosial və digər problemlərinin həllinin vaxtı çatıb.

Xəbər lenti

Xəbər lenti