...

Azərbaycanın futbol klubu bu gün Gürcüstana səfərə çıxacaq

Cəmiyyət Materials 1 İyul 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir R.Ergün/Azərbaycanın "Simurq" futbol klubu bu gün təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yola düşəcək. Bu barədə çərşənbə axşamı Trend -a "Simurq" klubunun mətbuat xidməti məlumat verib.

"Simurq"un Gürcüstandakı hazırlıq prosesi iyulun 20-dək davam edəcək. Bu müddətdə Zaqatalanı təmsil edən komandanın beş-altı yoxlama oyununda qüvvəsini sınaması planlaşdırılıb. Rəqiblərin hamısı Gürcüstan klubları olacaq.

Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, "Simurq"un bundan sonra əcnəbi futbolçuları transfer etməsi nəzərdə tutulmayıb. Klub rəhbərliyi bir-iki yerli futbolçunu komandaya dəvət etməklə transfer işlərini tamamlamağı planlaşdırır.

"Simurq" klubunun baş məşqçisi Ukraynadan olan Roman Pokoradır.

Xəbər lenti

Xəbər lenti