...

Gənc Tamaşaçılar Teatrı mövsümü bağladılar

Cəmiyyət Materials 4 İyul 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 80-ci yubiley mövsümünü bağladılar. "Bu mövsüm bizim üçün unudulmaz hadisələrlə yadımızda qaldı. Əvvəla "Pəri-Cadu" tamaşasına görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Verşina" mükafatına layiq görüldük. İkincisi isə üç xarici ölkədə: Türkiyədə, Belarusda, Rusiyada qastrol səfərində olduq. Bu hələ son deyil. Bir neçə yeni tamaşa səhnələşdirdik",-deyən teatrın direktoru M. Həmidov TrendLife-a bildirib.

Bundan əlavə mövsümün bağlanması ilə əlaqədar Rəşid Behbudov adına Mahnı Teatrında tədbir keçirilib. Tədbirdə teatrın direktoru Mübariz Həmidov, xalq artisti Firəngiz Şərifova iştirak edib. Mərasimin sonunda S. Rüstəmovun əsəri olan "Çimnaz xanım yuxuda" tamaşası göstərilib.

Xəbər lenti

Xəbər lenti