...

Azərbaycanın futbol hakimləri Premyer-Liqaya tam hazırdırlar – Komitə sədri

Cəmiyyət Materials 25 İyul 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol hakimləri avqustun 9-da başlayacaq Premyer-Liqaya tam hazırdırlar. "Çox yüksək səviyyədə təlim-məşq toplanışı keçiririk. Buna görə də, hakimlərimizin Premyer-Liqa oyunlarına tam hazır olduqlarını demək olar", -cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.

Azərbaycanın futbol üzrə Premyer-Liqasının oyunlarını idarə edəcək hakimlər Məmmədovun rəhbərliyi altında iyulun 17-dən Qubada təlim-məşq toplanışı keçirlər. Qubadakı toplanış iyulun 28 -də başa çatacaq.

Məmmədov bildirib ki, hakimlər həm fiziki, həm də psixoloji cəhətdən növbəti mövsümə hazırdırlar. "Amma Premyer-Liqanın gedişində hər şey ola bilər. Dünyada oyun vaxtı səhvə yol verməyən hakim yoxdur. Əsas odur ki, bu səhvlər qərəzli olmasın", - deyə HK sədri əlavə edib.

Məmmədov HK-nın sədri vəzifəsinə bu ilin aprel ayında təyin olunub. Ondan əvvəl Komitəyə Murad Məmmədov rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti