...

Azərbaycanın "Olimpik" futbol klubu xorvatiyalı məşqçi ilə müqavilə bağlayacaq

Cəmiyyət Materials 26 Avqust 2008 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" futbol klubu Xorvatiyadan olan məşqçi İqo Katuşi ilə müqavilə bağlayacaq. Bu barədə çərşənbə axşamı Trend -a klubun mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, xorvatiyalı məşqçi "Olimpik" komandasının fiziki hazırlığına nəzarət edəcək. O, Bakı klubu ilə yaxın günlərdə müqavilə bağlayacaq.

Katuşi "Olimpik"ə gələnə kimi Xorvatiyanın Zaqreb şəhərini təmsil edən "Dinamo" klubunda fəaliyyət göstərib.

Yeni məşqçi ilə müqavilə bağlamağa hazırlaşan "Olimpik" klubunun rəhbərliyi yarımmüdaftəçi mövqeyində çıxış edən futbolçusunu - Arif Daşdəmirovu transferə çıxarıb.

Daşdəmirov "Olimpik"in heyətində cəmi iki oyunda meydana çıxıb. Hər iki oyun UEFA kubokunda Serbiyanın "Voyvodina" klubu ilə görüşlərə təsadüf edib.

"Olimpik" komandasının baş məşqçisi Əsgər Abdullayevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti