...

Futbol üzrə Azərbaycan yığmasının üzvü Serbiya çempionatında qol vurub

Cəmiyyət Materials 22 Sentyabr 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Branimir Subaşiç Serbiyanın "Srvena Zvezda" klubunun heyətində qol vurmaqla, komandasının qələbə qazanmasına kömək edib.

Subaşiç Serbiya çempionatının "Srvena Zvezda" - "Yaqodina" görüşündə ilk qolun müəllifi olub. Oyun 3:0 hesabı ilə "Srvena Zvezda"nın xeyrinə başa çatıb. Bu, Azərbaycan yığmasının üzvünün çıxış etdiyi komandanın Serbiya çempionatında qələbə qazandığı ilk oyun olub.

Subaşiç "Srvena Zvezda"ya Bakının "Neftçi" klubundan transfer olunub.

Hücumçu mövqeyində çıxış edən futbolçu Azərbaycan yığmasının aparıcı üzvlərindən hesab olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti