Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələrdən ibarət yığma komandası Ukraynanın Komsomolsk şəhərində keçiriləcək "Federasiya kuboku" turnirində iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.
Heyətində yeddi idmançı olan Azərbaycan yığması turnirdə baş məşqçi Vasili Kovbanovskinin rəhbərliyi altında çıxış edəcək.
"Federasiya kuboku"nda yarışlar sentyabrın 26 -da başlayacaq və üç gün davam edəcək.
Azərbaycan yığmasının üzvləri səfər çərçivəsində Ukraynadan olan avarçəkənlərlə birgə təlim -məşq toplanışında iştirak edəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]