...

Azərbaycan məhkəməsi həbsdə olan baş redaktorun oğluna bəraət verdi

Cəmiyyət Materials 7 Oktyabr 2008 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / , müxbir K.Zərbalıyeva/ Dövlətə xəyanətdə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmiş "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğluna çərşənbə axşamı Bakının Səbail rayon məhkəməsi bəraət verib.

Emil Məmmədov bu il iyulun 16-da üzərində az miqdarda narkotik vasitə ilə saxlanılıb. O, Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik maddə saxlama, daşıma ( 234.1-ci) maddəsi ilə ittiham edilirdi.

Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov bildirib ki, çərşənbə axşamı keçirilən prosesdə E.Məmmədovun ittihamı sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri, "Tolişi sədo" qəzetinin baş redaktoru N.Məmmədov 2007- ci ilin fevralın əvvəllərində həbs olunub.

Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan N.Məmmədov 10 il azadlıqdan məhrum edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti