...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirən dəstənin üzvləri cəzalandırıldı

Cəmiyyət Materials 10 Oktyabr 2008 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirən dəstənin üzvlərinə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən Trend - a verilən məlumata görə, cümə günü keçirilən prosesdə dəstə üzvü, Rusiya vətəndaşı Eldəniz Həmidova 14, Yardımlı rayon sakinləri Mehman Əzizov, Mirzəli Həsənov və Hamlet İbayevin hər birinə 15, Masallı rayon sakinləri Elvin Nuriyevə 14 il 3 ay, Tahir Salmanova 14 il azadlıqdan məhrumetmə cəzası verilib.

Dəstə üzvləri bu il aprelin 25-də İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 33 kiloqramdan çox heroin keçirməyə cəhd göstərərkən, Göytəpə sərhəd zastavasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə saxlama, daşıma, əldə etmə, hazırlama (234) və qaçaqmalçılıq (206) maddələri ilə cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti