...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası KİV-i prezident seçkisi günü Seçki Məcəlləsinə riayət etməyə çağırıb

Cəmiyyət Materials 13 Oktyabr 2008 14:40 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası KİV-i prezident seçkisi günü Seçki Məcəlləsinə riayət etməyə çağırıb

Azərbaycan, Bakı, 13 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat Qrupu jurnalistləri prezident seçkisi günü Seçki Məcəlləsinə riayət etməyə çağırıb.

їSeçki prosesini müşahidə edəcək və işıqlandıracaq KİV nümayəndələri yalnız KİV haqqında qanuna deyil, Azərbaycanın Seçki Məcəlləsinə də riayət etməlidirlərї, - MSK-nın Mətbuat Qrupunun sədri Azər Tağıyev bazar ertəsi  Trend -un beynəlxalq mətbuat mərkəzində bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Prezident seçkilərində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Tağıyevin sözlərinə görə, KİV nümayəndələri Seçki Məcəlləsini bilməyə borcludurlar. їAzərbaycanda keçirilən əvvəlki prezident seçkiləri zamanı KİV nümayəndələrinin Seçki Məcəlləsini pozması halları müşahidə edilibї, - o bildirib.

Tağıyevin sözlərinə görə, mətbuat nümayəndələrinin seçki məntəqələrində qərarların və protokolların surətini almaq hüququ var. їJurnalistlər yazılı şəkildə müvafiq seçki komissiyalarını qanun pozuntuları haqqında məlumatlandıra biləcəklərї, - o söyləyib.

MSK-nın nümayəndəsi bildirib ki, KİV nümayəndələri səslərin hesablanmasında iştirak etməyəcəklər. їSəslərin hesablanması prosesində iştirak edəcək tərəflərin müəyyən edilməsi Qanunla nəzərdə tutulub. Bu prosesdə namizədlərin səlahiyyətli nümayəndələri, beynəlxalq müşahidəçilər iştirak edəcəklər. KİV nümayəndələri bu barədə onlardan məlumat ala biləcəklərї, - Tağıyev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti