...

Azərbaycanın futbol üzrə yığma komandası BƏƏ-də və Türkiyədə təlim-məşq toplanışı keçirəcək

Cəmiyyət Materials 21 Oktyabr 2008 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə 15 yaşlılardan ibarət Azərbaycan yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və Türkiyədə təlim-məşq toplanışı keçirəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığmasının toplanış keçmək üçün Birləşmiş Ərəb Əmirliklərinə noyabrda səfərə çıxacağı gözlənilir. Türkiyədəki toplanışın isə dekabrda keçirilməsi nəzərdə tutulub.

Azərbaycan millisi bir neçə gün əvvəl Almaniyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirərək, bütün görüşlərdə qələbə qazanıb.

Yığma komandanın baş məşqçisi almaniyalı Oliver Pilzerdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti