Azərbaycan, Bakı, 22 oktyabr/Trend Life, müxbir Eldar Hüseynzadə /
Üçüncü ənənəvi "Sərhədsiz söz" yazıçı forumu 2009 - cu ilin oktyabr ayında Bakıda keçiriləcək. Bu məsələ ilə bağlı qərar forum iştirakçılarının oktyabrın 15 - dən 18 - dək Kiyevdə keçirilən ikinci toplantısında qəbul olunub. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən Trend Life - a verilən məlumata görə, bu təklifi beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Abbas Abdulla Acaoğlu ilə birgə toplantıda iştirak edən təşkilat sədri, xalq yazıçısı Anar irəli sürüb.
Anar forumda Beynəlxalq texnoloji və sosioloji reytinq Akademiyasının medalı ilə də təltif edilib. Bundan əlavə, Anar və Abbas Abdulla "Qızıl fortuna - Şərəf, Şöhrət, Əmək" diplomuna layiq görülüblər.
"Sərhədsiz söz" forumu qeyri -siyasi ictimai təşkilatdır və ilk növbədə, milli mədəniyyətlər və bədii ədəbiyyatların populyarlaşdırılması ilə məşğul olur. Ötən qurultayda dünyanın 20 ölkəsindən 50 - dən çox yazıçı iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .