...

Azərbaycanda su-motorlu-sürətli qayıqlar idmanı üzrə yarış keçirilə bilər – federasiya rəsmisi

Cəmiyyət Materials 14 Noyabr 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir R.Ergün/ Növbəti ildən etibarən, Azərbaycanda su-motorlu-sürətli qayıqlar idmanı üzrə yarış keçirilə bilər.

"Əsas məqsədimiz bu idman növünün Xəzər dənizində keçirilməsinə nail olmaqdır. Bununla yüksək təbəqəli investorların Azərbaycana marağını artıra, ölkəmizdə bu idman növünü inkişaf etdirə bilərik", - cümə günü Trend Xəbər Agentliyində keçirilən mətbuat konfransında Su-Motorlu-Sürətli Qayıqların Ümumdünya Federasiyasının Azərbaycan üzrə təmsilçisi və İdarə Heyətində İşçi Qrupun üzvü Mehriban Əliyeva deyib.

Hazırda 52 ölkə Su-Motorlu-Sürətli Qayıqların Ümumdünya Federasiyasının üzvüdür. MDB ölkələrindən yalnız Rusiya və Azərbaycan bu federasiyada təmsil olunur.

Su-Motorlu-Sürətli Qayıqların Ümumdünya Federasiyasının mərkəzi ofisi Fransanın Monako şəhərində yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti