...

Qadınlardan ibarət Azərbaycan yığma komandası Şahmat Olimpiadasında 31-ci yeri tutub

Cəmiyyət Materials 26 Noyabr 2008 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət şahmat üzrə yığma komandası Ümumdünya Şahmat Olimpiadasının sonuncu turunda Kuba millisi ilə heç-heçə edib.

Milli komandanın bütün üzvləri - Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Nərgiz Umudova və Xəyalə İsgəndərova kubalı şahmatçılarla xalları yarı bölüb.

13 xalı olan Azərbaycan yığması Olimpiadanı 31-ci yerdə başa vurub.

Son turda Fransa millisinə qalib gələn kişilərdən ibarət Azərbaycan yığma komandası 16 xal qazanaraq l6-cı yeri tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti