Azərbaycan, Bakı, 27 noyabr / Trend , N.Abdullayeva/ 2009-cu ildə Azərbaycan aşıq sənətinin YUNESKO dünya mədəni irsinin siyahısına salınmasına nail olacaq, - çərşənbə axşamı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.
"Ciddi iş aparılır. Azərbaycan artıq sənədləri YUNESKO-nun komitəsinin baxışına təqdim edib. Bu günlərdə nazirliyin xüsusi nümayəndələri aşıq musiqisi üzrə toplanan sənədlərin müzakirəsi üçün oraya yola düşəcəklər", - Qarayev deyib.
Azərbaycanın Xalça Muzeyinin rəhbərliyi də topladığı materialları YUNESKO-ya təqdim etməyə hazırlaşır. Ölkə ənənəvi Azərbaycan xalçaçılıq sənətinin dünya mədəni irsinin siyahısına salınmasına nail olmaq niyyətindədir.
Azərbaycan muğamı və Qobustan qayaüstü bədii-tarixi sənət qoruğu YUNESKO-nun siyahısına daxil edilib.
Müəlliflə əlaqə ünvanı: trend