...

Azərbaycanın "Bakı" klubu portuqaliyalı futbolçunu icarəyə götürəcək – klubun vitse-prezidenti

Cəmiyyət Materials 12 Dekabr 2008 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" klubu Bolqarıstanın MOİK komandasında çıxış edən portuqaliyalı futbolçu - Jozu Ruini icarəyə götürəcək. Bu barədə Trend -a "Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Klub rəsmisi bildirib ki, Rui yarımmüdafiəçi mövqeyində çıxış edir.

"Futbolçunun klubu ilə danışıqlar başa çatmaq üzrədir. Ruinin meneceri ilə razılaşdıqdan sonra onu mövsümün sonuna kimi icarəyə götürəcəyik", - deyə Məmmədov əlavə edib.

Vitse-prezident portuqaliyalı futbolçunun qiymətinin elə də aşağı olmadığını deyib: "Biz bu futbolçuya görə, klubuna 200 min avro ödəməliyik. Bu, təkcə kluba ödəməli olduğumuz məbləğdir. Oyunuçunun özünə verməli olduğumuz pulu da nəzə alsaq, bu, az məbləğ deyil. Ona görə də Ruini icarəyə götürmək qərarına gəldik".

Hesabında 29 xal olan "Bakı" Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 2-ci yerdədir.

Komandanın baş məşqçisi makedoniyalı Qyoko Hacievskidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti