...

Azərbaycanın "Xəzər -Lənkəran" futbol klubunun vitse - prezidenti vəzifəsindən uzaqlaşdırılıb

Cəmiyyət Materials 22 Dekabr 2008 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun vitse-prezidenti Araz Nəsirov vəzifəsindən kənarlaşdırılıb. Bu barədə Trend - a klubun mətbuat xidməti məlumat verib.

Nəsirov "Xəzər -Lənkəran"ın vitse-prezidenti vəzifəsinə bir neçə ay əvvəl təyin olunub. O, vitse-prezident vəzifəsində Tuyqun Nadirovu əvəz edib.

Mətbuat xidmətinin məlumatına görə, Nəsirov əvvəlki iş yerində - "Palmali" Şirkətlər Qrupunda fəaliyyət göstərəcək.

"Xəzər-Lənkəran" klubu Azərbaycan kubokunun və Rusiyada təşkil olunan "Birlik Kuboku"nun son qalibidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti