...

Azərbaycanın "Neftçi" futbol klubu yoxlama oyununda məğlub olub

Cəmiyyət Materials 12 Yanvar 2009 20:41 (UTC +04:00)

Azərbaycan, Bакı, 12 yanvar / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu Türkiyənin "İzmirspor" komandası ilə yoxlama oyununda 0:1 hesabı ilə məğlub olub. Bu barədə Trend -a "Neftçi" klubunun mətbuat xidməti məlumat verib.

"Neftçi" "İzmirspor"la Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısı çərçivəsində qarşılaşıb. Azərbaycan komandası  iki gün əvvəl Hollandiyanın "Seyenoord" klubu ilə yoxlama oyununda da məğlub olub (1:5).

"Neftçi"nin baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti