...

Aysel Teymurzadəni tənqid etmək lazım deyil – Azərbaycan İctimai Televiziyasının baş direktoru İsmayıl Ömərov

Cəmiyyət Materials 11 Fevral 2009 14:18 (UTC +04:00)
Aysel Teymurzadəni tənqid etmək lazım deyil – Azərbaycan İctimai Televiziyasının baş direktoru İsmayıl Ömərov

Azərbaycan, Bakı, 11 fevral /Trend Life, müxbir Eldar Hüseynzadə/ Azərbaycan İctimai Televiziyasının baş direktoru və "Avroviziya"nın Azərbaycan üzrə münsiflər heyətinin rəhbəri İsmayı Ömərov bu müsabiqədə Azərbaycanı təmsil edəcək Aysel Teymurzadəni tənqid etməməyə çağırıb.

"Aysel Teymurzadə - ən yaxşı seçimdir", - çərşənbə axşamı, 2009-cu il "Avroviziya" rəqs yarışmasının sentyabrda Bakıda keçirilməsinə həsr olunmuş mətbuat konfransında Ömərov bildirib.

"Teymurzadənin və Araşın yazdığı mahnının tənqid edilməsi Azərbaycanın xeyrinə deyil",  - Ömərov əlavə edib.

Mahnı "Avroviziya" müsabiqəsi Moskvada 12-16 may tarixlərində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti