...

Yeni yaradılan beynəlxalq televiziya kanalında erməni dilində xəbərlər yalnız Azərbaycanın təbliğatı ilə bağlı olacaq - vitse-prezident

Cəmiyyət Materials 5 Mart 2009 18:43 (UTC +04:00)
Yeni yaradılan beynəlxalq televiziya kanalında erməni dilində xəbərlər yalnız Azərbaycanın təbliğatı ilə bağlı olacaq - vitse-prezident

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanda yeni yaradılan beynəlxalq televiziya kanalında ("ATV İnternational") erməni dilində xəbərlər yalnız Azərbaycanın təbliğatı ilə bağlı olacaq, - cümə axşamı Trend -a "Azad Azərbaycan" (ATV) telekanalının vitse-prezidenti Natiq İbrahimov bildirib.

"Telekanalda altı dildə - Azərbaycan, ingilis, rus, fars, türk, erməni dillərində bir və ya iki saatdan bir xəbərlər yayımlanacaq" - İbrahomov deyib.

Trend -un arayışı: Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) cümə axşamı iclasda "ATV İnternational" televiziya kanalına altı il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.

"Azad Azərbaycan" Teleradio Yayım Şirkətinə (ATV) məxsus yeni kanal birbaşa peyk vasitəsilə yayımlanacaq.

İbrahimovun sözlərinə görə, telekanal 24 saat ərzində yayımlanacaq. "Xəbərlərdən əlavə milli mövzulu verilişlərə üstünlük veriləcək.  Ən çox yerli xəbərlərə üstünlük verilsə də, dünyada baş verən maraqlı xəbərlərə də yer ayrılacaq", - ATV-nin vitse-prezidenti vurğulayıb.

İbrahimov deyib ki, Azərbaycan versiyasında yayımlanan xəbərlər o biri dillərə də tərcümə olunacaq.

"Yeni televiziya kanalı müstəqil kanal kimi fəaliyyət göstərəcək. Bura yeni işçilər cəlb olunacaq, özünün texniki bazası yaradılacaq. Telekanal üçün ATV-nin binası yaxınlığında ayrıca bina inşa olunacaq", - vitse-prezident bildirib.

İbrahimov, beynəlxalq telekanalın texniki və heyətlə bağlı məsələlər tam həllini tapandan sonra yayımına start veriləcəyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti