...

Azərbaycanda sonuncu Amnistiya Aktı ilə 28 qadın məhkum azadlığa buraxılacaq -Ombudsman

Cəmiyyət Materials 18 Mart 2009 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir K.Zərbalıyeva /

Sonuncu Aminsitiya Aktı ilə 28 qadın məhkum azadlığa buraxılacaq, Ombudsman Elmira Süleymanova çərşənbə günü Trend -a bildirib.

Ombudsman deyib ki, Penitensiar Xidmət çərşənbə günü Amnistiya Aktının icrasına başlayıb.

"Bu gün qadın məhkumlar üçün nəzərdə tutulan müəssisədə 18 nəfərə amnistiya tətbiq olunaraq azadlığa buraxılıb", - Süleymanova bildirib.

Ombudsman sonuncu Amnistiya Aktının əvvəlki aktlardan fərqləndiyini bildirib və qeyd edib ki, Novruz bayramı münasibətilə verilən amnistiyanın əhatə dairəsi daha genişdir.

"Bu Amnistiya Aktı ilə əvvəlkilərdən fərqli olaraq daha çox qadın məhkum azadlığa qovuşacaq. Mehriban xanımın təşəbbüsü ilə qəbul edilən sonuncu Amnistiya Aktı ilə 1700 məhkum azadlğa qovuşacaq. Bu isə əvvəlkilərdən daha çoxdur", - Ombudsman bildirib.

Süleymanova deyib ki, bu gün 1, 6, 4 və 15 saylı cəzaçəkmə müəssisələrində Amnistiya Aktının icrasında iştitrak edib.

1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.

Sonuncu Amnistiya Aktının 9 minə yaxın məhkuma şamil olunması nəzərdə tutulub ki, onlardan da 1700 nəfəri azadlığa buraxılacaq.

Milli Məclis çərşənbə axşamı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qərar qəbul edib.

Əvvəllər parlament Mehriban Əliyeva tərəfindən 2007-ci ilin mayında "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul edib. Həmin qanun layihəsi doqquz min məhbusa aid edilmiş, onlardan 1500 nəfəri cəzaçəkmədən azad edilmişdi.

1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı ilə 4858 nəfər cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev, 13-ü prezident İlham Əliyev tərəfindən imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti