...

Türkiyənin "Trabzonspor" klubu baş məşqçini istefaya göndərib

Cəmiyyət Materials 28 Aprel 2009 11:18 (UTC +04:00)

Azərbaycan, Bакı, 28 aprel / Trend , müxbir A.Hüseynbala /  

Türkiyənin "Trabzonspor" futbol klubunun baş məşqçisi istefaya göndərilib.

"Türkiyə çempionatının ötən turunda lider "Sivasspor"a böyük hesablı məğlubiyyətdən sonra klubun başqanı Sədri Şənər Ersun Yanalla görüşərək təcrübəli məşqçi ilə yollarının ayrıldığını deyib", - çərşənbə axşamı bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Ötən həftənin şənbə günü "Sivasspor"a 3:0 məğlub olandan sonra çempionluq şanslarını itirən "Trabzonspor"un başkanı "bunun səbəbini baş məşqçidən soruşmaq lazımdır" demişdi. Yanalın yerinə Van Qall, Erik Gerets, Kristof Daum və Türkiyə yığma komandasının keçmiş baş məşqçisi Şenol Günəşin namizəd olduqları bildirilir.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti