...

Bakıda sökülmüş məscidin layihəsinin təsdiq edilməsi ilə bağlı məhkəyə müraciət edilib

Cəmiyyət Materials 18 May 2009 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir, K. Zərbalıyeva /

Yasamal rayon Dini İcması bir müddət öncə sökülmüş Məhəmməd Peyğəmbər adlandırılan məscidin layihəsinin təsdiq edilməsi ilə bağlı məhkəyə müraciət edib.

İcmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev bazar ertəsi Trend -a bildirib ki, Səbail rayon məhkəməsinə ünvanlanan iddiada Bakı Şəhər İcra hakimiyyəti və Yasamal Rayon İcra Hakimiyyətinin məscidin layihəsinin təsdiq edilməsinə məcbur edilməsi tələb olunur.

Trend -un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28-də Yasamal rayon İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov  küçəsi, 190 ünvanında yerləşən  Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb. Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib və həmin tikintinin layihəsi müvafiq qurumlar tərəfindən təsdiq olunmayıb.

Məscid nümayəndələri Bakının Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər. Şikayətdə qətnamənin tamamilə əsassız və qanunsuz olması səbəbindən ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.

Mustafayev məkəmə qərarı qüvvəyə minmədən məscidin sökülməsinə başlanmasını qanunsuz sayır.

Mustafayev bildirib ki, mayın 27-də Səbail rayon məhkəməsində iddia üzrə hazırlıq iclası keçiriləcək.

Trend -un arayışı: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov mətbuata açıqlamasında bildirib ki, həmin ərazidə məscid olmayıb və qanunsuz tikili məhkəmə qərarı ilə sökülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti