...

Azərbaycanda ov mövsümünün müddət və normaları təyin edilib

Cəmiyyət Materials 11 İyun 2009 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 11  iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanda 2009-2010-cu illər üçün ov mövsümünün müddət və normaları təyin edilib. 

Təyin olunmuş müddət və normalara əsasən, 1 baş təkənin ovlanmasına 6 iyun-20 oktyabr tarixində yalnız 3 nəfərdən az olmayan ovçu qruplarına, 1 baş qabanın (çöl donuzu) ovlanmasına 13 sentyabr-28 dekabr tarixində yalnız 3 nəfərdən az olmayan ovçu qruplarına, 2 baş dovşanın ovlanması 13 dekabr-01 fevral tarixində yalnız 1 ovçuya icazə verilir, bataqlıq qunduzunun (nutriya) 18 oktyabr-28 fevral müddətində təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlanmasına üçün icazə verilir, cümə axşamı Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Birdəfəlik ov icazəsinin qiyməti dovşana 2 manat 20 qəpik, çaqqala 3 manat 96 qəpik, yenota və qunduza 1 manat 65 qəpik, təkəyə 24 manat 75 qəpik, qabana (çöl donuzu) 16 manat 50 qəpik təşkil edir.

Azərbaycanda ov mövsümü iyunun 6-dan açıq elan olunub və bu, yalnız məməli heyvanlar üçündür. Ölkə ərazisində ova yalnız ov mövsümü ərzində ov icazəsində göstərilən günlərdə icazə verilir. Ov fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı şöbələri tərəfindən verilən birdəfəlik ov icazələri əsasında aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti