...

Azərbaycanın akademik avarçəkənləri dünya çempionatında mübarizəyə başlayır

Cəmiyyət Materials 4 Avqust 2009 16:03 (UTC +04:00)
Sabah Fransanın Briv la Qayard şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək. Nüfuzlu yarışda 60-dan çox ölkənin 800-dək idmançısı mübarizə aparacaq. Dünya birinciliyində Azərbaycanı Teymur Kutseba - Aleksandr Qlotov dueti təmsil edəcək. 17 yaşlı avarçəkənlərimiz 2 nəfərlik sükansız (JM2) qayıqda çıxış edəcəklər.
Azərbaycanın akademik avarçəkənləri dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir F.Hüseynli /

Sabah Fransanın Briv la Qayard şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək. Nüfuzlu yarışda 60-dan çox ölkənin 800-dək idmançısı mübarizə aparacaq. Dünya birinciliyində Azərbaycanı Teymur Kutseba - Aleksandr Qlotov dueti təmsil edəcək. 17 yaşlı avarçəkənlərimiz 2 nəfərlik sükansız (JM2) qayıqda çıxış edəcəklər. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycanın Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Həmin kateqoriyada onların rəqibləri 25 ölkənin - Əlcəzair, Argentina, Belarus, Braziliya, Bolqarıstan, Çili, Çin, Xorvatiya, Kuba, Çexiya, Fransa, Böyük Britaniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Cənubi Koreya, Litva, Paraqvay, Serbiya, İsveç, Tailand, Türkiyə və ABŞ təmsilçiləri olacaq. Çempionatın proqramına əsasən, avqustun 5-də Bakı vaxtı ilə saat 14:42-dən 15:06-dək seçmə mərhələ yürüşlərinə start veriləcək. Həmin gün saat 19:48-də təsəlliverici yürüş də nəzərdə tutulub. Ertəsi gün ¼, avqustun 7-də isə yarımfinal yürüşləri nəzərdə tutulub. Yarışa avqustun 8-də keçiriləcək final yürüşləri ilə yekun vurulacaq.

Ölkəmiz akademik avarçəkmə üzrə yeniyetmələrin dünya birinciliyində ikinci dəfə təmsil olunur.

Bu dəfəki yarışın əsas özəlliyi 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasındadır. Teymur Kutseba - Aleksandr Qlotov dueti bu vəzifənin öhdəsindən gəlmək üçün əsas finalda "ilk 5-liy"ə düşməyi bacarmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti