...

Azərbaycanda məhkəməsi keçirilən türkiyəli iş adamı elan olunan ittihamlarda özünü təqsirli bilməyib

Cəmiyyət Materials 26 Avqust 2009 12:20 (UTC +04:00)
Azərbaycanda məhkəməsi keçirilən türkiyəli iş adamı, "Barmek"in prezidenti özünü elan olunan ittihamlarda təqsirli bilməyib. Trend News-un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Hüseyn Arabul ifadə verib.
Azərbaycanda məhkəməsi keçirilən türkiyəli iş adamı elan olunan ittihamlarda özünü təqsirli bilməyib

Azərbaycan, Bakı, 26 avqust / Trend , muxbir H.Bagırov / Azərbaycanda məhkəməsi keçirilən türkiyəli iş adamı, "Barmek"in prezidenti özünü elan olunan ittihamlarda təqsirli bilməyib.

Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Hüseyn Arabul ifadə verib.
Arabul ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onların əsassız olaraq həbs edildiyini və buna görə vicdan əzabı çəkdiyini bildirib.

Təqsirləndirilənlər Hüseyn Arabul, Ayxan Dönməz, Mahir Lətifov, Eynur Hüseynov, Famil Quliyev və Ramal Ələkbərov sərhədi qanunsuz keçmə, rüşvət vermə, sərhədi qanunsuz keçməyə cəhddə ittiham olunurlar.

İttihama görə, Arabul Gürcüstanla sərhəddə saxlanılarkən izahatında sərhədi qanunsuz keçdiyini bildirib, bu barədə rəhbərliyə məruzə etməmələrini xahiş edib və geriyə Azərbaycana buraxılması üçün 30 min dollar pul təklif edib.

Arabul bu il mayın 29-da sərhədi qanunsuz keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanılıb.

Bu gün verdiyi ifadəsində Arabul sərhədə gedərkən qəribə hiss yaşadığını, özündə olmadığını deyib və bunu şəkər xəstəliyindən əziyyət çəkməsi ilə əlaqələndirib. "Ayılanda gördüm ki, sərhəddəyəm. Sərhəddə saxlanılarkən özümü aldadılmış hiss etdim", - deyə iş adamı vurğulayıb.

Arabul əsas və geniş ifadəsini bütün şahidlər dindiriləndən sonra verəcəyini və bundan sonra bütün məsələlərə aydınlıq gətiriləcəyini deyib.
İş adamı bu ifadəsindən sonra rüşvət verməklə bağlı ittihamın əsassız olmasının sübut ediləcəyinə əminlik bildirib.

"İfadəmdə hər şeyi izah edəcəm. Məhkəmə də bununla bağlı dövlət qulluqçuları haqqında tədbir görmək məcburiyyətində qalacaq. Əks halda, bu işdən Avropa Məhkəməsinə şikayət edəcəm", - Arabul bildirib.

Proses şahid ifadələri ilə davam edir.

Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. O, cəza müddəti başa çatmayanadək Azərbaycanı tərk edə bilməz.



M?qal? mu?llifi il? ?laq? unvan?:[email protected]

Xəbər lenti

Xəbər lenti