...

Azərbaycan diasporu Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qarşısını almaq üçün türk dasporu ilə danışıqlara başlayıb

Cəmiyyət Materials 14 Oktyabr 2009 16:30 (UTC +04:00)
Diaspor olaraq Avropada türk və digər ölkənin diasporu ilə danışıqlar gedir. Türk təşkilatları özləri hazırda Türkiyənin Ermənistanla sərhədləri açmasına etirazlarını bildirirlər. Bir az səbrli hərəkət etmək lazımdır ki, siyasi problem ortaya cıxmasın", - çərşənbə günü Trend News-a Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov bildirib.
Azərbaycan diasporu Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qarşısını almaq üçün türk dasporu ilə danışıqlara başlayıb

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan diasporu Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qarşısını almaq üçün türk dasporu ilə danışıqlara başlayıb.

Diaspor olaraq Avropada türk və digər ölkənin diasporu ilə danışıqlar gedir. Türk təşkilatları özləri hazırda Türkiyənin Ermənistanla sərhədləri açmasına etirazlarını bildirirlər. Bir az səbrli hərəkət etmək lazımdır ki, siyasi problem ortaya cıxmasın", - çərşənbə günü Trend -a Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov  bildirib.

Trend -un arayışı:
Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Azərbaycan Milli Məclisinin üzvlərindən - Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qənirə Paşayeva, Mübariz Qurbanlı, Qüdrət Həsənquliyev, Əkrəm Abdullayev, Gültəkin Hacıbəyli, Asəf Hacıyev, Rövşən Rzayev və Fəzail Ağamalı mövcud vəziyyəti daha dərindən öyrənmək məqsədilə Ankarada bir sıra görüşlər keçirəcək.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məmmədov hesab edir ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulmasına dair imzalanan protokollar hələ sərhədlərin açılması demək deyil.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev isə çərşənbə günü Trend -a bildirib ki, onlar Türkiyə Parlamentinin regional nümayəndələri ilə danışıqlar aparıblar.

"Danışıqlar zamanı bildirdik ki, Azərbaycan diasporu Türkiyənin qardaş ölkəni çətin vəziyyətdə qoymayacağına ümid edir. Onlara bildirdik ki, Dağlıq Qarabağ problemi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədi açılmamalıdır", - Babayev deyib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti