...

Azərbaycanda Çin vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 23 Noyabr 2009 13:03 (UTC +04:00)
Trend News-un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Xin Xan Xanqun elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Azərbaycanda Çin vətəndaşının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda ağır cinayət törətməkdə təqsirli bilinən Çin vətəndaşının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, Xin Xan Xanqun Bakıda taxta materiallardan olan istehsalat müəssisəsinə rəhbərlik edib. Onun həmyerliləri Jin Yun Xana və xanım Xun Samsam ilə aralarında taxta materiallalının alqı-satqısı olsa da, zərərçəkənlər pulu ödəməyiblər.

Bundan əsəbləşən Xin Xan Xanqun taxta parçası ilə Jin Yun Xananın baş nahiyyəsinə zərbə vurub, Xan huşunu itirdikdən sonra isə Samsamı döyüb. Hər iki şəxs ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

Təqsirləndirilən şəxs həmin gün həbs edilib.

Bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Xin Xan Xanqun elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, həmyerliləri Jin Yun Xana və xanım Xun Samsama küt alətlə xəsarət yetirib.

Məhkəmə proses dekabrın 7-də davam etdiriləcək.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (126.1) və qəsdən sağlamlığa az ağır zərər vurma (127.1) maddələri ilə ittiham olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti