...

İrandan Azərbaycana narkotik gətirən qadına 7il 6 ay iş verildi

Cəmiyyət Materials 21 Dekabr 2009 15:50 (UTC +04:00)
Abdullayeva Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddələri ilə ittiham olunub.
İrandan Azərbaycana narkotik gətirən qadına 7il 6 ay iş verildi

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan qadına hökm oxunub.

Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Astara şəhər sakini 47 yaşlı Xalidə Abdullayeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Abdullayeva Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddələri ilə ittiham olunub.

Abdullayev bu il iyunun 15-də tutulub.

Abdullayeva ifadəsində narkotik vasitəni İranda tanımadığı şəxsdən aldığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti