...

Azərbaycanda 2009-cu ildə 455 yeni HİV-ə yoluxanlar qeydiyyata alınıb – Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 1 Fevral 2010 13:18 (UTC +04:00)
Azərbaycanda 2009-cu il ərzində 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınmışdır. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Azərbaycanda 2009-cu ildə 455 yeni HİV-ə yoluxanlar qeydiyyata alınıb – Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir M. Əliyev/

Azərbaycanda 2009-cu il ərzində 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınmışdır. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Qeydiyyata alınanların 437-i Azərbaycan vətəndaşı, 18 nəfəri isə əcnəbi vətəndaşdır. Azərbaycan vətəndaşı olan yoluxanlardan 362-i (82,8%) kişi, 75-i (17,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olmuşdur.

Məlumatda bildirilir ki, ötən il ərzində HİV-ə yoluxma hallarının 62,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insan qeydə alınıb, bunlarında 637-i (29,3%) Bakı şəhəri və Abşeron rayonunun payına düşür.

Xəbər lenti

Xəbər lenti