...

Azərbaycan tələbələri ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 11 Mart 2010 15:19 (UTC +04:00)
Azərbaycan tələbələri ABŞ-ın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Azərbaycan tələbələri ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan tələbələri ABŞ-ın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Trend -un məlumatına görə, 100-ə yaxın tələbə ABŞ Dövlət Departamentinin "Narkotiklərə nəzarət strategiyası 2010" adlı hesabatına etiraz ediblər.

Martın 2-də Dövlət Departamenti tərəfindən yayılan hesabatda qeyd edilir ki, Azərbaycanda tələbələrin 30-35 faizi narkomandır.

"Hesabatda bildirilir ki, Azərbaycanda 300 minə yaxın narkotik aludəçisi var və onlardan 30-35 faizi tələbədir. Nəzərə alsaq ki, Azərbaycanda cəmi 140 minə yaxın tələbə var, onlardan 100 mininin narkoman olmasına dair hesabat absurddur", - piketdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bildirib.

Etiraz aksiyasında "ABŞ Dövlət Departamentinin qərəzli hesabatına yox deyirik", "Biz narkomaniyaya yox deyirik", "Tələbələrə böhtan atmayın" kimi şüarlar səsləndirilib.

Piketin sonunda müraciət qəbul olunub.

Aksiya iştirakçılarını səfirtliyin nümayəndəsi qəbul edib. ittifaqın sədri Şahin İsmayılov müraciəti səfirliyin nümayəndəsinə təqdim edib. O bu məsələnin araşdırılacağını deyib. Ismayılov bildirib ki, nəticə verməsə, etiraz aksiyasını davam etdirəcəklər.

Aksiya icazəli olub.

Xəbər lenti

Xəbər lenti