...

Avropada təhsil alan azərbaycanlı tələbələrin IV forumu keçiriləcək

Cəmiyyət Materials 19 Mart 2010 15:54 (UTC +04:00)
Avropada təhsil alan azərbaycanlı tələbələrin 23-25 mart tarixində Brüsseldə IV forumu keçiriləcək. Bu barədə Trend News-a Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Avropada təhsil alan azərbaycanlı tələbələrin IV forumu keçiriləcək

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Avropada təhsil alan azərbaycanlı tələbələrin 23-25 mart tarixində Brüsseldə IV forumu keçiriləcək. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Avropa Parlamentinin binasında "Birgə işləmək uğurdur" başlığı altında keçiriləcək forumda Avropada təhsil alan 80-ə yaxın azərbaycanlı tələbə iştirak edəcək.

Tədbirdə Azərbaycanın Brüsseldəki səfiri Emin Eyyubov, Çexiya Respublikası Avropa Parlamentinin üzvü Kabrnox Milan (Cabrnoch Milan), Qafqaz və Mərkəzi Asiya üzrə NATO Baş Katibliyinin xüsusi nümayəndəsi Robert Simmons, Macarıstanın Avropa Parlamentindəki üzvü Georgi Şopflin (Georgy Schopflin), Avropa İttifaqının Şərq Tərəfdaşlığı və Avroasiya məsələləri üzrə siyasi analitiki Amanda Pol (Ms Amanda Paul) və digər mötəbər nümayəndələr Avropada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, mühüm əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov forumda çıxış edərək Avropaya inteqrasiya, Azərbaycanın Avropa İttifaqının Yeni Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığı Təşəbbüsünün iştirakçısı olması barədə məlumatlar verəcək.

Xəbər lenti

Xəbər lenti