...

Bakıda Amerika təhsil yarmarkası keçiriləcək

Cəmiyyət Materials 29 Mart 2010 15:41 (UTC +04:00)
Bakı Təhsil Məlumat Mərkəzi ABŞ təhsil qrupu ilə birgə Azərbaycan paytaxtında Amerika təhsil yarmarkası təşkil edəcək.
Bakıda Amerika təhsil yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Bakı Təhsil Məlumat Mərkəzi ABŞ təhsil qrupu ilə birgə Azərbaycan paytaxtında Amerika təhsil yarmarkası təşkil edəcək.

Yarmarka martın 30-da keçiriləcək. Yarmarkanın keçirilməsində məqsəd Birləşmiş Ştatlarda təhsil almaq imkanları barədə məlumat verməkdən ibarətdir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Yarmarkada ABŞ-ın aparıcı universitetlərinin nümayəndələri iştirak edəcək. Həmin nümayəndələr universitetlərin təhsil proqramı və fəaliyyəti barədə təfərrüatlı məlumat verəcəklər.

"Amerika universitetləri Azərbaycan gənclərinin ABŞ-da təhsil almaları üçün yaxşı imkanlar yaradır. ABŞ-ın aparıcı universitetləri azərbaycanlı tələbələri öz universitetlərinə təhsil almağa dəvət edir. Bu sahədə inkişaf tendensiyası müşahidə olunur. Ötən il ABŞ-da təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı 14 faiz artıb", - Bunu ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Donald Lu deyib.

Xəbər lenti

Xəbər lenti