...

Azərbaycan Ombudsmanı polis şöbələrində baş vermiş qanunsuzluqlarla bağlı daxili işlər nazirinə müraciət edib

Cəmiyyət Materials 30 Mart 2010 11:58 (UTC +04:00)
Azərbaycan Ombudsman Aparatının əməkdaşları Qax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında vətəndaşın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi halı aşkarlayıb.
Azərbaycan Ombudsmanı polis şöbələrində baş vermiş qanunsuzluqlarla bağlı daxili işlər nazirinə müraciət edib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ombudsman Aparatının əməkdaşları Qax Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında vətəndaşın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi halı aşkarlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları Qax və Zaqatala rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında həyata keçirdikləri başçəkmə zamanı belə faktlar aşkarlayıb.

Qax Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlanma təcridxanasında saxlanılan Zaqatala şəhər sakini V.M.-nin saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərə baxış zamanı onun qanunsuz saxlanması müəyyən edilib.

Qax RPŞ‑nin müstəntiqi tərəfindən 11 mart 2010-cu il tarixdə şübhəli şəxs qismində tutulub və başçəkmənin həyata keçirildiyi müddətədək təcridxanada qanunsuz saxlanılıb.

Müəyyən edilib ki, Qax RPŞ MST-də saxlanılan V.M. və Zaqatala RPŞ-də saxlanılan Q.T. barəsində tərtib edilmiş şübhəli şəxsin tutulması haqqında protokollar "Polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında daxili nizam qaydaları"na müvafiq olaraq gerbli möhürlə təsdiqlənməyib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar MST rəislərinin iştirakı ilə müvafiq aktlar tərtib edilib.

Ombudsman Elmira Süleymanova bu məsələ ilə əlaqədar daxili işlər nazirinə müraciət edərək, göstərilən xüsusatlarla əlaqədar daxili təhqiqat aparılmasını və nəticəsindən asılı olaraq, qanun pozuntusuna yol vermiş cavabdeh polis əməkdaşlarının müvafiq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edib.

Xəbər lenti

Xəbər lenti