...

Bakıda gimnastika idmanı üzrə Azərbaycan və paytaxt birinciliyi keçiriləcək

Cəmiyyət Materials 30 Mart 2010 15:01 (UTC +04:00)
Aprelin 3-4-də Bakıda gimnastika idmanı üzrə 17-ci Azərbaycan və paytaxt birinciliyi keçiriləcək. Yarışda 58 gimnast iştirak edəcək. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.
Bakıda gimnastika idmanı üzrə Azərbaycan və paytaxt birinciliyi keçiriləcək

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir M.Əliyev/

Aprelin 3-4-də Bakıda gimnastika idmanı üzrə 17-ci Azərbaycan və paytaxt birinciliyi keçiriləcək. Yarışda 58 gimnast iştirak edəcək. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir.

Bakının gimnastika məktəbinin idmaçıları ilə yanaşı, yarışda Respublika Olimpiya İdman Litseyi, MOİK və "Təhsil", həmçinin, Sumqayıt və Balakən gimnastları öz ustalıqlarını nümayiş etdirəcəklər.

Yarışın ilk günündə senyor gimnastlar çıxış edəcək, son günündə isə yunior gimnastlar idmanın müxtəlif növləri üzrə medal uğrunda mübarizə aparacaqlar.

İdmançılar altı alətdə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti