Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/
FİFA laynsmanı Orxan Məmmədov yeni təyinat alıb. 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının final mərhələsində keçiriləcək oyunlarda baş hakim köməkçilərindən biri Orxan Məmmədov olacaq. Bu barədə çərşənbə axşamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
U-17-lərin Avropa Çempionatının final mərhələsi 2010-cu il mayın 18-dən 30-dək Lixtenşteyndə keçiriləcək. Bu mərhələdə komandalar 2 qrupda mübarizə aparacaq. A qrupunda Fransa, İspaniya, Portuqaliya və İsveçrə, B qrupunda Yunanıstan, Türkiyə, İngiltərə və Çexiya yığmaları çıxış edəcəklər.